top of page

HAQQIMIZDA

“Improtex Group”un ən mühüm və sürətlə inkişaf edən strukturlarından biri  “Improtex Motors” MMM-dir. Yerli avtomobil bazarında ilk rəsmi idxalçı kimi tarixə düşən “Improtex Motors” şirkəti 1998-ci ildə yaradılmış  və əsas fəaliyyəti premium sinfi avtomobilləri ilə bağlıdır. BMW, BMW Motorrad, MINI, Rolls-Royce və Yamaha kimi məşhur markaların Azərbaycanda rəsmi və eksklüziv idxalçısıdır.  Ümumi sahəsi 1.3 hektar təşkil edən ərazidə  BMW konserninin bütün yeni korporativ standartlarına tam cavab verən 11 avtomobil yerləşən satış-sərgi salonu, böyük servis mərkəzi və onlarla avtomobil tutumu olan dayanacaq yeri var. Gündə 100 avtomobil qəbul edə bilən servis mərkəzi son növ diaqnostik avadanlıqlar ilə təchiz olunmuşdur. Texniki xidmət mərkəzində müştərilər məsləhətləri birbaşa istehsalçı zavoddan alır. Görülən bütün işlərin BMW standartlarına tam cavab verməsi üçün mütəmadi olaraq işçilərin bacarıqlarını yüksəldən təlimlər keçirilir.  

“Improtex Motors” şirkəti BMW konserninin dünya bazarına təqdim etdiyi hər bir yeni modelini qısa müddətdə Azərbaycan avtomobil bazarında təqdim edir. Bundan başqa, yeni modellərin təqdimatı möhtəşəm ziyafət mərasimi ilə müşayiət olunur. Azərbaycan avtomobil sahəsinin qabaqcıllarından biri olan və artıq 23 ildir fəaliyyət göstərən Improtex Motors etibarlı şirkət kimi  özünü təsdiqləmiş və yüksək nüfuz qazanmışdır.

bottom of page