top of page

Çilingər bölməsi

Hərəkət hissəsi və asqıların ümumi müayinəsi və detalların dəyişdirilməsi
Servis mərkəzində peşəkar çilingərlər tərəfindən Sizə avtomobilinizin hərəkət hissəsinin, asqıların, aqreqatların müayinəsi və xüsusi alətlərin köməyi ilə dəyişdirilməsi təklif olunur. Hər bir dəyişilən ehtiyat hissəsinə kənar servisdə müdaxilə olunmadığı və avtomobilin nəzərdə tutulmuş şəraitdə idarə olunduğu halda 1 (bir) il müddətində zəmanət təqdim olunur.
 
Bütün növ avtoşinlərin dəyişdirilməsi və balansı
Şirkət tərəfindən Sizə təqdim olunan bütün növ avtoşinlər, təkər diskləri və təkər sisteminə aid olan digər elementlər tam olaraq BMW AG tərəfindən yoxlanılaraq keyfiyyət nişanı ilə qeydə alınır.
İşçi mayelərin və boruların dəyişdirilməsi
Avtomobilin texniki parametrlərinə BMW AG tərəfindən təyin olunmuş mayelər, yağlar, qatqılar təklif olunur və düzgün qaydada müayinəsi keçirilir.
Təkərlərin horizontal və vertikal vəziyyətlərinin tənzimlənməsi (balanslaşdırma)
Təkərlərin horizontal və vertikal vəziyyətinin tənzimlənməsi müasir standartların son tələblərinə cavab verən 3D balans stendi üzərində həyata keçirilir.
Mühərrik ətrafı detalların dəyişdirilməsi
Mühərrik ətrafı aqreqatlar və avadanlıqların peşəkarcasına dəyişilməsi və qulluq olunması şirkətdə çalışan çilingərlər və elektriklər tərəfindən həyata keçirilir.

* Qiymət işin həcmi və xüsusiyyətindən asılı olaraq dəyişilə bilər.

    Əlaqə nömrəsi :    (+994 50) 268 33 04                                                                                                                                (+994 50) 268 33 05                                                                                                                                (+994 50) 268 33 06                                                                                                                                (+994 50) 268 33 07 

bottom of page